Daxili İşlər Nazirliyi Saatlı rayonunda bir qrup sakinin su probleminə görə yolu kəsməsi ilə bağlı açıqlama verib. BAKU.NEWS xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün…

baku.news User Profile - Imgpost Instagram Viewer and Tools
BAKU NEWS © | Xəbərlər 24/7
baku.news

Daxili İşlər Nazirliyi Saatlı rayonunda bir qrup sakinin su probleminə görə yolu kəsməsi ilə bağlı açıqlama verib. BAKU.NEWS xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün səhər saat 10:30 radələrində Saatlı rayonunun bir qrup kənd sakini toplaşaraq ərazidən keçən magistral avtomobil yolunu bağlamağa cəhd ediblər: “Dərhal hadisə yerinə rayonun polis şöbəsinin əməkdaşları və rayonun digər aidiyyatı qurumlarının rəhbər şəxsləri gəliblər. Sakinlərlə profilaktik söhbətlər aparılıb, onlardan bir neçə sakin rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilib. Heç bir insident, polisə qarşı müqavimət olmayıb. İctimai asayiş tam bərpa olunub. Yolu bağlamağa cəhdin qarşısı alınıb”. #AZƏRBAYCAN #BAKI #MEDİA #MƏTBUAT #XƏBƏRLƏR #AZSTAGRAM #GÜNDƏM #BAKUNEWS #BAKU #AZERBAIJAN

Comments ()